Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Transfer qiymətlərinin tətbiqi mexanizmləri müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sahibkar birlikləri, assosiasiyaları və ticarət palataları ilə məlumatlandırma xarakterli görüşlər keçirir. Bu çərçivədə DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşları Britaniya – Azərbaycan Ticarət Palatası (BCCA) tərəfindən təşkil olunmuş “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları” mövzusunda informasiya sessiyasında iştirak ediblər.

Tədbir zamanı düzgün formalaşdırılmış və müvafiq qaydada sənədləşdirilmiş transfer qiymətləri siyasətinin əhəmiyyəti qeyd olunub. Effektiv sənədləşmənin investisiya mühitinin yaxşılaşdırılmasına, ədalətli rəqabət mühitinin gücləndirilməsinə, eləcə də biznes subyektlərinin hüquqi və fiskal mövqeyinin möhkəmləndirilməsinə müsbət təsiri diqqətə çatdırılıb. Eyni zamanda, transfer qiymətlərinin əvvəlcədən müəyyən edilməsi (Advance Pricing Agreement) mexanizmi üzrə qanunvericiliyin yaratdığı imkanlar, müraciət qaydaları və müvafiq prosedurlar ətraflı izah edilib, bu alətin vergi risklərinin idarə olunmasında rolu xüsusi vurğulanıb.

Sessiya interaktiv formatda davam etdirilib, iştirakçıların sualları cavablandırılıb və praktiki məsələlərlə bağlı ətraflı izahatlar verilib.