Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq və konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib.

DVX-nin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin əməkdaşı Bəhriyyə Məmmədova təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində həyata keçirilən islahatlar, biznesin qeydiyyatı qaydalarında aparılan təkmilləşdirmələr, qanunvericilikdə dəyişikliklər barədə məlumat verib. Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru üzrə həyata keçirilən işlər diqqətə çatdırılıb. Bildirilib ki, 2025-ci il üzrə Yol Xəritəsi yekunlaşmaq üzrədir. İl ərzində xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş xarici mənşəli sənədlərinin distant rəsmiləşdirilməsi, konsul leqallaşdırılması informasiya sisteminin yaradılması, benefisiar mülkiyyətçilərin reyestrinin aparılması və təsisçi dəyişikliyinin proaktiv qeydiyyatı əsas istiqamətlərdə əhəmiyyətli işlər görülüb.

Tədbir iştirakçılarına qeydiyyat sahəsində statistik dinamika, elektron qeydiyyatın xüsusi çəkisinin artması, eləcə də xarici investisiyalı müəssisələrin artım göstəriciləri təqdim olunub.

Görüşdə mövcud çağırışlar və təkmilləşmə imkanları müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.