Dövlət Vergi Xidmətinin rəis müavini Şirvan şəhərində vətəndaşları qəbul edəcək
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev 27 yanvar 2026-cı il tarixində saat 11:00-da 5 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 162) Şirvan şəhəri, Neftçala, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 21-23 yanvar 2026-cı il tarixlərində 5 saylı Ərazi Vergilər İdarəsinə, eləcə də Neftçala, Saatlı, Sabirabad, Salyan, Hacıqabul rayonlarında Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinə müraciət etməklə, habelə İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin elektron poçt ünvanına (office@taxes.gov.az) yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.

21 yanvar 2026, 14:45