Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Torpaq vergisi bəyannaməsinin təqdim olunması müddətinə dəyişiklik edilib

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, torpaq vergisi üzrə bəyannamələrin təqdim edilməsi müddəti müəyyənləşdirilib.

Vergi Məcəlləsinin 208.2-ci maddəsinə uyğun olaraq, müəssisələr torpaq vergisini torpaq sahələrinin ölçüsünə və tətbiq olunan vergi dərəcələrinə əsasən, illik qaydada hesablayırlar. Hesablanmış torpaq vergisi üzrə bəyannamə hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq müvafiq vergi orqanına təqdim edilməlidir. Cari ildə 31 yanvar tarixi iş günü olmadığına görə, hesabatın təqdim olunması müddəti həmin tarixdən sonrakı birinci iş gününə qədər, yəni fevral ayının 2-dək artırılıb.