Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sahibkarlar vergi və sosial sığorta güzəştləri barədə məlumatlandırılıblar 

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı və 4 saylı Ərazi Vergi İdarələrinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə mikro və kiçik sahibkarlar iştirak ediblər.

Tədbirdə qanunvericiliyə edilmiş dəyişikliklər, Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi və sosial sığorta güzəştlər və onlardan yararlanma mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, vergi güzəştlərinin tətbiqində əsas məqsəd istehsal, emal və hasilat sektorlarının regionda sürətlə formalaşmasına və investisiya cəlbediciliyinin artırılmasına nail olmaqdır. Güzəştlərin yalnız muxtar respublikanın rezidentlərinə tətbiq edildiyi də iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə iştirakçıların sualları cavablandırılıb, praktiki izahlar verilib.