Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi barədə informasiya sessiyası keçirilib

Alman - Azərbaycan Xarici Ticarət Palatası (AHK) tərəfindən “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydaları” mövzusunda informasiya sessiyası təşkil olunub. Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşları tədbirdə qonaq məruzəçi qismində iştirak ediblər.

Tədbir zamanı vergi orqanlarının fəaliyyəti, biznes subyektlərinin gözləntiləri və təcrübədə qarşıya çıxan çağırışlar barədə müzakirələr aparılıb. Düzgün formalaşdırılmış və sənədləşdirilmiş transfer qiyməti siyasətinin əhəmiyyəti xüsusi vurğulanıb. Bu sahədə effektiv sənədləşmə hazırlığının investisiya mühitinin təkmilləşdirilməsinə, ədalətli rəqabət mühitinin güclənməsinə, biznes subyektlərinin hüquqi və fiskal mövqeyinin möhkəmlənməsinə müsbət təsirləri diqqətə çatdırılıb. Eyni zamanda, transfer qiymətlərinin əvvəlcədən müəyyən edilməsi (Advance Pricing Agreement – APA) ilə bağlı qanunvericiliyin yaratdığı imkanlar, müraciət mexanizmi və müvafiq prosedurlar ətraflı izah edilib. Bu alətin vergi risklərinin idarə olunmasında rolu barədə məlumat verilib.

Tədbirin davamında vergi ödəyiciləri tərəfindən ünvanlanan suallar cavablandırılıb və praktiki məsələlər üzrə ətraflı izahat verilib.