Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sabirabad rayonunda vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin fəaliyyət dairəsinə daxil olan Sabirabad rayonunda sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Görüş zamanı iştirakçılara vergi qanunvericiliyində və sosial sığorta sahəsində tətbiq olunan son yeniliklər, qanunvericiliyə edilmiş dəyişikliklərin əsas istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

Tədbir çərçivəsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, büdcə daxilolmalarının tənzimlənməsi, eləcə də vergi nəzarətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Bununla yanaşı, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara edilmiş dəyişikliklər barədə iştirakçılara geniş izahatlar verilib.

Sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.