Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒
işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı
yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13,3 faiz artıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 110.694 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2026-cı ilin yanvar ayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 294,7 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 268,8 milyon manat, yaxud 13,3 faiz çoxdur.
Audionu dinlə:
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13,3 faiz artıb
7 fevral 2026, 11:58