Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Yevlax rayonunda vətəndaşları qəbul edəcək

Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları sakinlərinin nəzərinə!
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Emil Qarayev 24 fevral 2026-cı il tarixində saat 11:00-dan etibarən 11 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 4)  Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-22 fevral 2026-cı il tarixlərində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.