Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən paytaxt  üzrə qeydiyyatda olan vergi ödəyiciləri ilə maarifləndirici görüş təşkil olunub. Görüş həm əyani formatda, həm də onlayn şəkildə keçirilib. Tədbirin əsas məqsədi vergi ödəyicilərinin vergi qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri, eyni zamanda vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılması olub.

Görüş zamanı iştirakçılara elektron xidmətlərin tətbiqi, “E-Vergi” mobil tətbiqindən istifadə qaydaları, “Elektron əmtəə-nəqliyyat qaiməsi”nin tətbiqi, eləcə də Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə geniş məlumat verilib.