Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Göyçay rayonunda vətəndaşları qəbul edəcək

Göyçay, Ağdaş, Zərdab, Kürdəmir və Ucar rayonları sakinlərinin nəzərinə!

Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 12 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Göyçay şəhəri, Əli Kərim küçəsi, 112a) Göyçay, Ağdaş, Zərdab, Kürdəmir və Ucar rayonlarının sakinlərini qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar 2-10 mart 2026-cı il tarixlərində 9 saylı Ərazi Vergilər İdarəsinə, habelə Göyçay, Ağdaş, Zərdab, Kürdəmir və Ucar rayonları Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.