Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi tərəfindən Bakı şəhəri üzrə qeydiyyatda olan vergi ödəyiciləri ilə maarifləndirici görüş təşkil edilib.  Məqsəd vergi ödəyicilərinin qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri barədə məlumatlandırılması olub. Görüş zamanı Vergi Məcəlləsində edilmiş dəyişikliklər, elektron xidmətlərin tətbiqi, uçotun düzgün tənzimlənməsi, POS-terminalların quraşdırılması və s. mövzular barədə ətraflı məlumat verilib. Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı praktiki məsələlər qeyd edilib. Hibrid formatda təşkil edilmiş görüşdə vergi ödəyicilərinin sualları cavablandırılıb və müvafiq istiqamətlərdə izahatlar verilib.