Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidməti “Kapital Bank” və “Paşa Bank” ilə birgə yeni sosial əməkdaşlıq layihəsinə start verib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Kapital Bank” və “Paşa Bank” ilə birgə həyata keçirilən yeni sosial əməkdaşlıq layihəsinə start verib. Layihə çərçivəsində “ƏDV geri al” mexanizminin inzibatçılığı daha da sadələşdirilib və vətəndaşların geri qaytarılan vəsaitləri daha operativ və rahat şəkildə əldə etməsi təmin olunub.

Belə ki, artıq ƏDV-nin geri alınması üçün ödəniş çeklərində QR-kodun skan edilməsinə ehtiyac qalmayacaq. Birbank kartı ilə “Kapital Bank” və “Paşa Bank”a məxsus POS-terminallarda ödəniş edildiyi halda, çeklər avtomatik olaraq Birbank tətbiqinin “Son əlavə olunan çeklər” bölməsinə daxil ediləcək və ƏDV məbləği növbəti 30 gün ərzində vətəndaşlara geri qaytarılacaq.

Qeyd edək ki, bu yenilik ilkin mərhələdə yalnız müəyyən satış nöqtələrində hər iki bankın kartları üçün aktiv olacaq.