Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi orqanlarında vətəndaş müraciətlərinə həssas yanaşılır

2026-cı ilin fevral ayı ərzində vergi orqanlarına 35 886 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,2 faiz azdır. Müraciətlərdən 93 faizi ərizə, 6,9 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.

Daxil olmuş müraciətlərdən 64,3 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 35,7 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 64,8 faizi həll olunub, 33,7 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Hesabat dövründə baxılmış faktiki şikayətlərdən 185-i həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, riskli vergi ödəyicisi hesab edilməməsi, vergi ödəyicisinin qeydiyyatı, vergi borcu və digər məsələlərlə bağlı olub.

2026-cı ilin fevral ayı ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 53 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.