Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini-futbol turniri keçirilir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş mini-futbol turnirinə start verilib.

Turnirin açılış mərasimində DVX rəisinin müşaviri, Vergi auditi baş idarəsi rəisi Abbas İsmayılov ölkəmizdə idmanın inkişafı sahəsində aparılan islahatlar və dövlət qurumlarının bu sahədə fəal iştirakçılığı barədə fikirlərini diqqətə çatdırıb. DVX-nin İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev turnirin işçilər arasında komanda ruhunu və əməkdaşlığı gücləndirdiyini qeyd edib.

Açılış mərasimindən sonra turnirə start verilib. Yarışda DVX Aparatının və xidmətin strukturuna daxil olan qurumların 12 komandası iştirak edir. 7 həftə davam edəcək turnirin yekununda qaliblərə kubok, müxtəlif hədiyyələr və Fəxri fərmanlar təqdim ediləcək.