Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 31,7 faiz artıb

Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 aprel 2026-cı il tarixə MR-də qeydiyyatda olan onlayn NKA-ların sayı 3.285 ədəd olub. Yeni nəsil NKA-lardan istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2026-cı ilin yanvar – mart aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 133,7 milyon olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,2 milyon manat və ya 31,7 faiz çoxdur.