Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin operativ şəkildə öyrənilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə sahəvi assosiasiyalarla silsilə görüşlərini davam etdirir. Növbəti belə görüş DVX-nin Vergi siyasəti baş idarəsinin əməkdaşları ilə Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyasının nümayəndələri arasında baş tutub.

Görüş zamanı dövlət – biznes dialoqunun əhəmiyyəti vurğulanıb, DVX tərəfindən özəl sektorla açıq və davamlı əməkdaşlığa xüsusi önəm verildiyi, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesində sahibkarların rəy və təkliflərinin nəzərə alındığı bildirilib. Assosiasiya üzvləri ilə vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi ilə bağlı yaranan suallar ətrafında geniş müzakirələr aparılıb. 

Yekunda dövlət - özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.