Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

DVX-nin rəis müavini İlkin Vəliyev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Qəbələ, İsmayıllı və Oğuz rayonları sakinlərinin nəzərinə!

Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 8 may 2026-cı il tarixində saat 11:00-dan etibarən 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi 117) Qəbələ, İsmayıllı və Oğuz rayonlarının sakinlərini qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar 27 aprel – 6 may 2026-cı il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, Qəbələ və İsmayıllı rayonları üzrə Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya DVX-nin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.