DVX-də orta rəhbər heyət üçün “Liderlik proqramı” təlimləri keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) çalışan orta rəhbər heyətin yumşaq bacarıqlarının və idarəçilik səriştələrinin inkişaf etdirilməsi, həmçinin qurumun “Səriştə modeli”nin onlara çatdırılması məqsədilə 150 nəfər orta rəhbər heyət üçün “Liderlik proqramı” təşkil olunub.
Proqram çərçivəsində iştirakçılar “Liderlik”, “Vətəndaşlara xidmət”, “Nəticəyönümlülük” və “Emosional intellekt, kommunikasiya və komanda işi” mövzularında keçirilən təlimlərdə iştirak ediblər. Təlimlər “ALPHA Coaching & Consulting” şirkətinin peşəkar təlimçiləri Elçin Əzimli və Fidan Əzimli tərəfindən keçirilib.