Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Harvard Universitetinin “Growth Lab” mərkəzinin rəhbəri ilə görüş keçirilib

Azərbaycan Hökuməti ilə Growth Lab tədqiqat mərkəzi arasında həyata keçirilmiş üçillik əməkdaşlığın yekunları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Harvard Universitetinn “Growth Lab” mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman ilə görüşüb.

Görüş zamanı ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, qeyri-neft-qaz sektorunun inkişafı və davamlı iqtisadi artımın dəstəklənməsinə yönələn təşəbbüslər barədə məlumat verilib. “Growth Lab” ilə əməkdaşlığın genişləndirilməsinin iqtisadi islahatların elmi əsaslarla dəstəklənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Müzakirələr çərçivəsində Azərbaycan Hökuməti ilə “Growth Lab” tədqiqat mərkəzi arasında həyata keçirilmiş üçillik əməkdaşlığın yekunları, bu müddətdə görülmüş işlər və əldə olunmuş nəticələr nəzərdən keçirilib.

Eyni zamanda, “Growth Lab” tərəfindən təqdim olunmuş tövsiyələrin icrası və potensial tərəfdaşlıq imkanları üzrə növbəti addımlar müzakirə olunub.