“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti rüblük iclası keçiriləcək.
İclas 15 may tarixində saat 11:00-da videokonfrans formatında baş tutacaq. Tədbirdə Dünya Bankı Qrupu tərəfindən hazırlanan “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə müvafiq sahədə təkmilləşdirmələrin aparılması və kommunikasiyanın gücləndirilməsi məqsədilə 2026-cı il üzrə Yol Xəritəsində nəzərdə tutulan tədbirlər müzakirə ediləcək.
Vətəndaşlar, eləcə də özəl sektor nümayəndələri azranking.az portalı üzərindən “Onlayn müraciət” bölməsi və “Təklif göndər” xidməti vasitəsilə işçi qrupun fəaliyyətində iştirak edərək aidiyyəti istiqamətlər üzrə təkliflərini təqdim edə bilərlər.