Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda xidmət mərkəzlərində 17 minədək vergi ödəyicisi qəbul edilib

Yanvar - aprel ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 16.932 şəxs qəbul edilib. Mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 25.197 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Ümumi xidmətlərin 84 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Asan İmza sertifikatının verilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.

Yanvar - aprel aylarında vergi ödəyicilərinə 473.102 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, vergi ödəyiciləri ilə 44 görüş keçirilib, 275 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1.696 müraciət üzrə 2.898  Asan İmza sertifikatı verilib.