Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətində rəhbər heyət üçün kouçinq proqramına başlanılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində rəhbər heyətin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, fərdi potensialının üzə çıxarılması və dəyər əsaslı idarəetmə prinsiplərinin təşviqi məqsədilə “Kouçinq proqramı”na başlanılıb.

Proqram fərdi və komanda kouçinq sessiyalarını əhatə edir. Fərdi sessiyalar rəhbərlərin peşəkar və şəxsi inkişaf hədəflərinə fokuslanaraq onların güclü tərəflərini daha yaxından qiymətləndirməsinə, inkişaf istiqamətlərini müəyyən etməsinə və idarəetmə bacarıqlarını təkmilləşdirməsinə dəstək verəcək. Qrup sessiyaları isə rəhbər heyət arasında təcrübə mübadiləsinin aparılmasına, ortaq idarəetmə çağırışlarının müzakirəsinə və komanda ilə effektiv əməkdaşlıq bacarıqlarının inkişafına imkan yaradacaq.

Proqram çərçivəsində komanda kouçinq sessiyalarına ümumilikdə 53 nəfər rəhbər vəzifəli şəxsin cəlb olunması nəzərdə tutulur. Qruplar struktur bölmələrin funksional təyinatı və fəaliyyət istiqamətləri nəzərə alınmaqla formalaşdırılıb.

Kouçinq proqramının rəhbər heyətdə daha çevik, nəticə və insan yönümlü idarəetmə yanaşmasının formalaşdırılmasına töhfə verəcəyi gözlənilir.