Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

DVX Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) Baş Assambleyasında təmsil olunub

Dominikan Respublikasının Punta-Kana şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) 60-cı Baş Assambleyası keçirilib. Tədbirdə Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti iştirak edib.

Baş Assambleya çərçivəsində Latın Amerikası, Asiya və digər region ölkələrinin vergi administrasiyalarının nümayəndələri arasında vergi inzibatçılığının rəqəmsal transformasiyası, elektron xidmətlərin təkmilləşdirilməsi, avtomatik məlumat mübadiləsi, süni intellekt əsaslı həllərin tətbiqi və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması istiqamətində geniş təcrübə mübadiləsi aparılıb.

Baş Assambleya zamanı Azərbaycan nümayəndə heyəti xarici ölkələrin vergi administrasiyaları və beynəlxalq təşkilatların təmsilçiləri ilə bir sıra ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə edib.