Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda vergi orqanlarının əməkdaşları üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Vergi nəzarəti tədbirləri zamanı materialların aidiyyəti üzrə təqdim edilməsi qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə aidiyyəti struktur bölmələrinin, eləcə də ərazi vergi orqanlarının əməkdaşları iştirak ediblər.

Çıxışlarda vergi nəzarəti tədbirləri zamanı qanunvericiliyin düzgün tətbiqinin, materialların aidiyyəti üzrə vaxtında və düzgün formada təqdim edilməsinin, eləcə də hüquqi prosedurlara ciddi riayət olunmasının əhəmiyyəti vurğulanıb. Tədbir çərçivəsində iştirakçılara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə tələb olunan sənədlər, materialların hazırlanması zamanı yol verilən nöqsanlar, hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət məsələləri və praktiki tətbiq mexanizmləri barədə ətraflı məlumat verilib.

Hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd əməkdaşların peşə bilik və bacarıqlarının artırılması, vergi nəzarəti sahəsində vahid hüquqi yanaşmanın formalaşdırılması və qanunvericiliyin tələblərinin düzgün tətbiqinin təmin edilməsidir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.