Peşə təhsili müəssisələrində vergi mədəniyyəti və maliyyə savadlılığı üzrə təlimlər keçirilib
Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında 2026-cı il üzrə təsdiq edilmiş Tədbirlər Planına əsasən, təhsilalanlar arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının artırılması məqsədilə növbəti maarifləndirici təlimlər keçirilib.
Təlimlər Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub.
Tədbirlər zamanı iştirakçılara vergi sisteminin əsasları, vergi ödəmələrinin cəmiyyət və dövlət üçün əhəmiyyəti, könüllü əməletmə, rəqəmsal xidmətlərdən istifadə imkanları, həmçinin maliyyə savadlılığının gündəlik həyatda rolu barədə ətraflı məlumat verilib.
Təlimlər interaktiv müzakirələr və sual-cavab sessiyaları ilə davam edib. Keçirilən təlimlərdə ümumilikdə 150-dən çox dinləyici iştirak edib.