Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

DVX MDB iştirakçısı olan dövlətlərin vergi xidmətlərinin iclasında təmsil edilib

Qazaxıstanın Şımkent şəhərində MDB iştirakçısı olan dövlətlərin vergi xidmətlərinin Beynəlxalq Gənclər Forumu və müştəriyönümlülük üzrə İşçi Qrupunun iclası keçirilib. İclasda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndə heyəti iştirak edib. 

Tədbir çərçivəsində vergi xidmətlərində müştəriyönümlü yanaşmanın gücləndirilməsi, dövlət xidmətlərinin daha çevik və istifadəçi mərkəzli modelə uyğunlaşdırılması, eləcə də müasir idarəetmə və rəqəmsal bacarıqların inkişaf etdirilməsi müzakirə olunub.

İştirakçılar vergi orqanlarında çalışan əməkdaşlar üçün tələb olunan müştəriyönümlü səriştələrin müəyyənləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və vergi öhdəliklərinin icrası proseslərində müştəriyönümlülük prinsiplərinin tətbiqi barədə təcrübələri bölüşüblər.