Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətində mentorluq proqramı üzrə təlim keçirilib

Dövlət Vergi Xidmətində yeni işə başlayan əməkdaşların təşkilati mühitə sürətli və effektiv uyğunlaşmasının təmin edilməsi məqsədilə həyata keçirilən “Mentorluq proqramı” uğurla davam etdirilir. Proqram yeni əməkdaşların peşəkar potensialının üzə çıxarılması, onların davamlı inkişafının dəstəklənməsi və təşkilati dəyərlərə uyğunlaşmasının asanlaşdırılması baxımından mühüm inkişaf alətlərindən biridir.

Proqram çərçivəsində yeni mentor qismində fəaliyyət göstərəcək 15 rəhbər vəzifəli vergi orqanı əməkdaşı üçün “Mentorluq” təlimi təşkil olunub. Təlim zamanı mentorluq prosesinin məqsədləri, mərhələləri, eləcə də mentor və menti arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması yolları iştirakçıların diqqətinə çatdırılıb.

Mentorluq proqramı üzrə mentor–menti münasibətləri sistemli yanaşma əsasında formalaşdırılır və əvvəlcədən müəyyən edilmiş struktur çərçivəsində mərhələli şəkildə həyata keçirilir. Proqram eyni zamanda yeni əməkdaşların Dövlət Vergi Xidmətinin təşkilati dəyərləri və strateji fəaliyyət istiqamətləri barədə məlumatlılığının artırılmasına xidmət edir. Bu çərçivədə Xidmətin “Səriştə Modeli”ndə müəyyən edilmiş əsas yumşaq səriştələrin — başqaları ilə işləmək, vətəndaşlara xidmət, nəticəyönümlülük və liderlik bacarıqlarının inkişafı məqsədyönlü şəkildə təşviq olunur.