Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

DVX "Yerli şirkətlərin tanıtım sərgisi"ndə təmsil olunur 

Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə 7-ci "Yerli şirkətlərin tanıtım sərgisi" fəaliyyətə başlayıb.

300-dən çox yerli şirkətin və 20-dən artıq dövlət qurumunun təmsil olunduğu sərgidə geniş çeşiddə yerli istehsal məhsulları, innovativ xidmətlər, eləcə də "Made in Azerbaijan" brendi altında xarici bazarlara ixrac edilən rəqabətqabiliyyətli məhsullar nümayiş etdirilir.

Sərgidə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) də xüsusi stendlə təmsil olunur. Stendə yaxınlaşan ziyarətçilərə vergi qanunvericiliyinin tələbləri, vergi inzibatçılığı sahəsində tətbiq olunan yeniliklər, habelə sahibkarlıq fəaliyyəti zamanı yaranan məsələlərlə bağlı müraciət mexanizmləri barədə ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır.

Qeyd edək ki, sərgi 20 iyun tarixinədək davam edəcək.