Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

"Yerli şirkətlərin tanıtım sərgisi"ndə sahibkarlarla görüş keçirilib

Bakı Ekspo Mərkəzində təşkil olunan 7-ci "Yerli şirkətlərin tanıtım sərgisi" çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin nümayəndələri ilə sahibkarlar arasında görüş keçirilib.

Görüş zamanı vergi inzibatçılığı, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən biznes subyektləri üçün nəzərdə tutulan vergi güzəştləri, həmçinin sahibkarların gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlər müzakirə edilib.

DVX nümayəndələri səsləndirilən suallarla bağlı sahibkarlara ətraflı məlumat verib və praktiki tövsiyələrini bölüşüblər.