Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Xankəndi şəhərində vətəndaşları qəbul edəcək

Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xocalı, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları sakinlərinin nəzərinə!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 3 iyul 2026-cı il tarixində saat 11:00-dan etibarən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: Xankəndi şəhəri, Üzeyir Hacıbəyli küçəsi) Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə, Xocalı, Qubadlı, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları sakinlərini qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar 18.06.2026 – 01.07.2026-cı il tarixlərində Xankəndi şəhərində yerləşən Qarabağ Ərazi Vergilər Baş İdarəsinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.