Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidməti onlayn sorğu keçirir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Fiziki şəxsin uçotdan çıxarılması" elektron xidməti ilə bağlı vergi ödəyicilərinin fikirlərini öyrənmək və xidmətin daha da təkmilləşdirməsi məqsədilə onlayn sorğu keçirir.

Sorğunun məqsədi əlçatanlıq və məmnunluq səviyyəsini qiymətləndirmək, həmçinin xidmətin funksionallığı, istifadə rahatlığı və faydalılığı barədə istifadəçilərin rəyini öyrənməkdir. Sorğu tam anonimdir və iştirakçılardan heç bir şəxsi məlumat tələb olunmur.

Sorğuda iştirak etməklə göstərilən elektron xidmətin daha da təkmilləşdirilməsinə dəstək ola bilərsiniz.

https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-ucotdan-cixarilmasi-elektron-xidmet-barede-sorgu-anketi