Milli Biznesin İnkişafı Forumunda vergi islahatları və biznes mühiti müzakirə edilib
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun onlayn formatda XIX xüsusi sessiyası keçirilib. Tədbirdə sahibkarların vergi qanunvericiliyi, vergi inzibatçılığı və biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı sual və təklifləri müzakirə olunub. Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi B2G forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini İlkin Vəliyev fəxri qonaq qismində iştirak edib.
“Caspian Energy Club”un İdarə Heyətinin sədri və qrupun Baş icraçı direktoru Telman Əliyev bildirib ki, forumun məqsədi dövlət və biznes arasında dialoqu inkişaf etdirmək, inkişaf prioritetlərini müzakirə etmək və sahibkarları vergi sistemində aparılan islahatlar barədə məlumatlandırmaqdır.
DVX-nin rəis müavini İlkin Vəliyev sahibkarlığa dəstək və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, dövlət və biznes arasında etimada əsaslanan əməkdaşlığın gücləndirilməsi, sahibkarlarla açıq dialoqun aparılması və onların təkliflərinin dinlənilməsi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. İlkin Vəliyev bildirib ki, vergi inzibatçılığının əsas prioritetlərindən biri vergi öhdəliklərinin könüllü yerinə yetirilməsinin təşviqidir. Bu məqsədlə elektronlaşma və rəqəmsallaşma genişləndirilir, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində işlər aparılır. Prefilinq sisteminin tətbiqi vergi ödəyiciləri üçün inzibati yükü azaldır, hesabatlılığı sadələşdirir və könüllü əməletməni artırır.
Qeyd olunub ki, risk əsaslı nəzarət mexanizmləri və elektron xidmətlər daha da inkişaf etdirilir. Sahibkarların maliyyə likvidliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verilib. Forum çərçivəsində sahibkarların fəaliyyəti üçün mövcud imkanlar, vergi islahatları, ƏDV inzibatçılığı, vergi güzəştləri və vergi öhdəliklərinin icrası ilə bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib.
Həmçinin vergi sistemində rəqəmsal transformasiya, kiçik və orta sahibkarlığın dəstəklənməsi, investisiyaların təşviqi, könüllü vergi uyğunluğunun artırılması və inzibati prosedurların sadələşdirilməsi məsələləri müzakirə olunub. İştirakçılar vergi islahatlarının biznes mühitinə müsbət təsirini qeyd edib, dövlət-biznes dialoqunun davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

2 iyul 2026, 10:06