Aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz artıb
1 iyul 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 faiz artaraq 887.129, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,1 faiz artaraq 61.368 təşkil edib. Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 faiz artıb və 242.208 olub.