Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Məmmədli və Kamran Ələsgərovla görüşüb.

DVX rəisi “Yüksəliş” müsabiqəsinin ölkəmizdə rəqabətli insan kapitalının formalaşmasına verdiyi töhfələr, fərdi inkişaf və karyera perspektivləri baxımından önəmini vurğulayıb. Görüşdə idarəetmə ilə bağlı müasir yanaşmaların tətbiqi, peşəkar vərdişlər formalaşdırmaq və nəticə əldə etmək üçün vacib olan səriştələr, dövlət sektorunda iş prinsipləri barədə fikirlər səsləndirilib. “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”nda vergi sisteminin ortamüddətli dövrdə inkişaf istiqamətləri, vergi inzibatçılığının strateji hədəflərinə çatmaqda insan resurslarının rolu, onların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər, kadr ehtiyatları üçün müəyyənləşdirilmiş tələblər barədə məlumat verilib. Qaliblərin hazırda çalışdıqları sahələr üzrə təcrübələri, maraq göstərdikləri istiqamətlər, inkişaf məqsədləri barədə fikirləri dinlənilib. Təcrübəli rəhbərlərin mentorluğunun gənclərin peşəkarlıqlarının artırılmasına, dövlət sektorunda idarəçilik təcrübəsinə yiyələnmək istiqamətində biliklər əldə etmələrinə və fərdi inkişaf proqramlarının səmərəli təşkilinə verdiyi töhfələr qeyd edilib.

Görüşdə idarəetmə sahəsində müasir yanaşmalar, komanda quruculuğu və rəhbər şəxslərin kadrların inkişafında rolu ilə bağlı tövsiyələr verilib.