Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Quba şəhərində vətəndaşları qəbul edəcək

Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 24 iyul 2026-cı il tarixində saat 11:00-dan etibarən 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: AZ4000, Quba şəhəri, Yeni körpü, 1) Quba, Xaçmaz, Qusar və Şabran rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16.07.2026 – 22.07.2026-cı il tarixlərində Quba şəhərində yerləşən 3 saylı Ərazi Vergilər İdarəsinə, habelə Quba, Xaçmaz, Qusar, Şabran Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.