Dövlət Vergi Xidməti növbəti onlayn sorğu keçirir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Hazır sənəd barədə məlumatın verilməsi" elektron xidməti ilə bağlı onlayn sorğu keçirir.
Sorğu xidmətin əlçatanlığını və istifadəçi məmnunluğu səviyyəsini qiymətləndirmək, onun funksionallığı və faydalılığı ilə bağlı istifadəçi rəylərini öyrənmək məqsədi daşıyır. Sorğu anonim keçirilir və iştirakçılardan heç bir şəxsi məlumatın təqdim edilməsi tələb olunmur.
Sorğuda iştirak etməklə göstərilən elektron xidmətin daha da təkmilləşdirilməsinə dəstək ola bilərsiniz.