Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Naxçıvanda kommersiya qurumlarının sayı 13,8 faiz artıb

1 sentyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56.418 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,8 faiz, hüquqi şəxslərin sayı isə 5,7 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz artaraq 1.939 olub. 2026-cı ilin yanvar-avqust aylarında kommersiya qurumlarının 85,4 faizi elektron, 14,6 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.