Vergi ödəyiciləri üçün növbəti videotəlimat hazırlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinə göstərilən dəstəyin davamı olaraq növbəti videotəlimat hazırlanıb. Videotəlimatda vergi ödəyicisinin “İkitərəfli SMS” xidmətinə qoşulması, xidmətə abunə olması və abunəliyin ləğv edilməsi qaydaları ətraflı izah olunur.