“Peşəkar təlimçilər üçün ustad təlimi” mövzusunda təlim proqramı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin təşkilatçılığı ilə Şamaxı rayonunda “Peşəkar təlimçilər üçün ustad təlimi” mövzusunda təlim proqramı keçirilib.
Proqram çərçivəsində iştirakçılara təlimçinin peşəkar məsuliyyəti və səhnə fiziologiyası, nitq mədəniyyəti, orfoepiya və intonasiya, bədən dili və fasilitasiya istiqamətləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub. Bundan başqa, təlimçinin peşə məsuliyyəti, Azərbaycan dilinin orfoepik normalarına uyğun səlis və təbii danışıq bacarığı, emosional zəka və empatiya əsaslı idarəetmə prinsiplərinə xüsusi diqqət yetirilib.
Təlimin yekun mərhələsində iştirakçılar əldə olunan bilik və bacarıqları nümayiş etdirən praktiki tapşırıqları yerinə yetirib, yekun qiymətləndirmədən keçiblər.
Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

30 sentyabr 2026, 14:21