Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonları sakinlərinin nəzərinə!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev 16 oktyabr 2026-cı il tarixində saat 11:00-dan etibarən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 97a) Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 06.10.2026-14.10.2026-cı il tarixlərində Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Lənkəran, Astara, Biləsuvar, Yardımlı, Lerik, Masallı və Cəlilabad Vergi Ödəyicilərinə Xidmət Mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.