Xankəndidə vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirilib
Xankəndi şəhərində müxtəlif sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri ilə maarifləndirici görüş keçirilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, bu ərazilərin rezidentləri üçün nəzərdə tutulan vergi və gömrük güzəştləri və azadolmalar, eləcə də məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində vergi qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub, vergi ödəyicilərini maraqlandıran suallar cavablandırılıb.

9 oktyabr 2026, 17:09