Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Daxili auditorlar üçün təlim təşkil olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində Daxili audit baş idarəsinin əməkdaşları üçün peşəkar inkişaf, təcrübə mübadiləsi və komanda əməkdaşlığının gücləndirilməsi məqsədilə təlim təşkil olunub.

Tədbir çərçivəsində “EY” şirkətinin nümayəndəsi praktiki yanaşmalar və beynəlxalq təcrübə barədə təqdimatla çıxış edib. Daxili audit sahəsində qarşıya çıxan çətinliklər və onların həlli yolları ətrafında iştirakçılar ilə fikir və məlumat mübadiləsi aparılıb.

Daha sonra baş idarənin rəhbərliyi tərəfindən “Daxili audit metodologiyası” mövzusunda interaktiv təlim keçirilib. Təlimdə vahid metodoloji yanaşmanın təşviqi və komanda əməkdaşlığı bacarıqlarının inkişafına diqqət yetirilib.