Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi ödəyiciləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi tərəfindən Xocavənd rayonunda müxtəlif sahələr üzrə fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib. 

Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrinin də iştirak etdiyi tədbir çərçivəsində işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəştləri və azadolmaları, həmçinin vergi ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları barədə ətraflı məlumat verilib.

Görüşün sonunda vergi qanunvericiliyinin tətbiqi ilə bağlı fikirlər səsləndirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.