Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

Vergi orqanları ilə əməkdaşlıq edən qiymətləndirmə təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanları ilə əməkdaşlıq edən qiymətləndirmə təşkilatlarının ekspert və mütəxəssisləri ilə görüş keçirib. Görüşdə Dövlət Vergi Xidmətinin və yerli strukturlarının müvafiq bölmələrinin rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

Görüşün məqsədi ekspert və mütəxəssis rəylərinin keyfiyyətinin artırılması, bu rəylər əsasında müəyyən edilən vergi öhdəliklərinin məhkəmə qaydasında ləğvi riskinin azaldılması, qanunçuluğun təmin olunması, eləcə də əməkdaşlıq zamanı yaranan problemlərin müzakirəsi və onların həlli yollarının müəyyənləşdirilməsi olub.

Görüşdə xüsusi bilik və ixtisaslaşma tələb edən sahələrdə, o cümlədən düzgün vergi uçotunun aparılmasında ekspert və mütəxəssis rəylərinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, vergi öhdəliklərinin müəyyənləşdirilməsində mühüm mənbələrdən biri olan bu rəylər aydın, əsaslandırılmış və strukturlaşdırılmış formada hazırlanmalıdır.

Ekspert rəylərinin keyfiyyətində müsbət dinamikanın müşahidə olunduğu diqqətə çatdırılıb. Belə ki, 2025-ci ildə 50-yə yaxın ekspert rəyinin 34-də çatışmazlıqlar aşkar edildiyi halda, 2026-cı ilin 9 ayının nəticələrinə əsasən, bu göstərici 13-ə enib.

Müzakirələr zamanı qiymətləndirmə təşkilatlarının nümayəndələri Vergi Məcəlləsinin tətbiqi zamanı qarşılaşdıqları çətinlikləri və monitorinq prosesində yaranan problemləri diqqətə çatdırıblar. Xüsusilə, onlayn mənbələrdə haqqında məlumat olmayan məhsul və avadanlıqların qiymətləndisrilməsi ilə bağlı məsələlər konkret nümunələr əsasında müzakirə edilib. Dövlət Vergi Xidməti tərəfindən müvafiq tövsiyələr verilib, mövcud çətinliklərin aradan qaldırılması yolları nəzərdən keçirilib.

Qeyd edək ki, ekspert və mütəxəssis rəyləri əsasında vergi öhdəlikləri müəyyən edilərkən qanunçuluğun təmin olunması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən “Vergi orqanları tərəfindən istifadə olunan mütəxəssis (ekspert) rəylərinə dair minimum Tələblər” təsdiq edilib. Bu tələblər bir daha ekspert və mütəxəssislərin diqqətinə çatdırılıb.