Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Rezidentlik sertifikatının verilməsi” xidməti

Bu xidmət vergi ödəyicisinin Azərbaycan Respublikasının vergi rezidenti olduğunu təsdiq edən rezidentlik sertifikatının verilməsini əhatə edir. Xidmət Vergi Məcəlləsinin rezidentliklə bağlı müddəaları və Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq müqavilələrin tətbiqi çərçivəsində həyata keçirilir.

Rezidentlik sertifikatının alınması üçün vergi ödəyicisi vergi orqanına müəyyən edilmiş DTA-01 formasında ərizə ilə müraciət edir. Müraciətin elektron qaydada təqdim edilməsi imkanı da mövcuddur.

Sertifikat vergi ödəyicisinin xarici dövlətlərdə beynəlxalq vergi müqavilələrinin tətbiqi məqsədilə rezidentlik statusunu təsdiq etmək üçün istifadə oluna bilər. Xidmətdən istifadə üçün tələb olunan sənədlər və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.

Ətraflı məlumat üçün:     https://xidmet.info/vahid-standartlar/vgxvs/167 

Əlaqə üçün:                      https://www.taxes.gov.az/az/page/elaqe

                                          https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri