Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

“Vergi orqanlarına göndərilən müraciətlərin icrasının onlayn izlənilməsi” xidməti

Bu xidmət Dövlət Vergi Xidmətinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icra vəziyyəti barədə məlumatın elektron qaydada əldə edilməsini əhatə edir.

Elektron xidmət müraciət edən şəxslərə vergi orqanına ünvanladıqları müraciətlərin icrası ilə bağlı məlumatları məsafədən izləmək imkanı yaradır. Xidmətdən istifadə etmək üçün müraciət edən şəxs Dövlət Vergi Xidmətinin müvafiq elektron xidmətinə (www.new.e-taxes.gov.az) daxil olaraq sistemin tələb etdiyi məlumatları təqdim edir.

Elektron xidmətdən istifadə üçün tələb olunan sənədlər və müraciət qaydası ilə “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları” vasitəsilə tanış olmaq mümkündür.

Əlavə məlumat üçün:     https://xidmet.info/vahid-standartlar/vgxvs/199  

Əlaqə üçün:                       https://www.taxes.gov.az/az/page/elaqe

                                              https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri