Dövlət Vergi Xidmətinin nümayəndəsi beynəlxalq təlim proqramında iştirak edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müşaviri – Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəisi Fərid İsayev Avstriyanın Vyana şəhərində yerləşən Birgə Vyana İnstitutunda (Joint Vienna Institute – JVI) təşkil olunan “VITARA: Vergi inzibatçılığının gücləndirilməsi” (Strengthening Tax Administration) mövzusunda beynəlxalq təlim proqramında iştirak edib. Proqrama Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının vergi orqanlarının nümayəndələri qatılıblar.
Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamenti və Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) birgə təşkilatçılığı ilə keçirilən proqramın məqsədi vergi orqanlarının institusional potensialının müasir tələblərə uyğun gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin paylaşılması olub.
Təlim çərçivəsində strateji idarəetmə, islahatların planlaşdırılması, fəaliyyətin qiymətləndirilməsi, təşkilati risklərin idarə olunması, rəqəmsallaşma və süni intellektin tətbiqi kimi mövzular müzakirə edilib.
Tədbirdə Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayev Azərbaycanda vergi inzibatçılığı sahəsində həyata keçirilən son islahatlar və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Təqdimat zamanı o, həmçinin “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası”nın əsas prioritet istiqamətləri barədə təlim iştirakçılarına məlumat verib. Bununla yanaşı, biznes icması arasında mütəmadi olaraq keçirilən müstəqil sorğularda vergi islahatlarına dair səsləndirilən əsas rəylər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, “2025/2026 Azərbaycanda Biznes Mühiti Hesabatı”nda Avropa investisiyalı biznes nümayəndələrinin qiymətləndirməsinə əsasən, Dövlət Vergi Xidməti ötən dövrdə Azərbaycanda ən səmərəli fəaliyyət göstərən dövlət qurumları sırasında yer alıb.
Proqram çərçivəsində iştirakçılar arasında vergitutma sahəsində qlobal tendensiyalar, mövcud çağırışlar və qabaqcıl idarəetmə təcrübələri ətrafında fikir mübadiləsi aparılıb.

4 noyabr 2026, 16:36