Yüksək Texnologiyalar Parkının rezidentləri və startaplar üçün məlumatlandırma tədbiri keçirilib
Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında startapların inkişafı proqramı çərçivəsində 3 noyabr 2026-cı il tarixində “SABAH.city”də təlim və məlumatlandırma tədbiri təşkil olunub.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) rezidentləri və startap fəaliyyəti ilə məşğul olan şəxslər də daxil olmaqla, ümumilikdə 21 nəfər iştirak edib.
Vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqinə həsr olunan təlimin məqsədi iştirakçıların bu sahələr üzrə bilik və bacarıqlarının artırılması, vergi mədəniyyətinin formalaşdırılması və maliyyə savadlılığının gücləndirilməsi olub. Təlim çərçivəsində startapların vergitutma xüsusiyyətləri, gəlir və xərclərinin uçotu, vergi qanunvericiliyində bu fəaliyyət növləri üçün nəzərdə tutulan güzəştlər, həmçinin vergi öhdəliklərinin qanunvericiliyə uyğun yerinə yetirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı izahatlar verilib və fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında təhsilalanların vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı çərçivəsində təşkil olunub.

5 noyabr 2026, 10:54