Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar

DVX-nin rəis müavini İlkin Vəliyev Şəmkir şəhərində vətəndaşları qəbul edəcək

Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz rayonları sakinlərinin nəzərinə!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev 20 noyabr 2026-cı il tarixində saat 11:00-dan etibarən 14 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti, 5) Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz rayonlarının sakinlərini qəbul edəcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar 06.11.2026-18.11.2026-cı il tarixlərində Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə, habelə Şəmkir, Ağstafa, Qazax, Gədəbəy və Tovuz Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya Xidmətin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.